İdman

“Barselona”ya yeni baş məşqçi təyin edildi – Rəsmi

“Barselona” baş məşqçisi Xavi Ernandeslə yollarını rəsmən ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla 2024/25 mövsümünün sonuna qədər olan müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan və 17 il bu klubda çıxış edən Xavi 2021-ci ildə komandaya baş məşqçi kimi qayıtmışdl. Daha əvvəl də o, mövsümün sonunda komandadan gedəcəyini açıqlasa da, klub rəhbərliyi baş məşqçini fikrindən daşındırmışdı.

“Barselona” Xavinin rəhbərliyi ilə 1 dəfə La Liqanın qalibi olub, 1 dəfə isə İspaniya Superkubokunu qazanıb.

* * *

Xavini almaniyalı mütəxəssis Hans-Diter Flik əvəzləyib. Klub onun təyinatını rəsmi saytında açıqlayıb. Almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Flik daha əvvəl Almaniya millisi və “Bavariya”nı da çalışdırıb.

Bənzər yazılar

Back to top button