Cəmiyyət

Baş nazir bu qaydanı təsdiqlədi

“Milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi Qaydası” təsdiq edilib.

AzToday.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qayda “Standartlaşdırma haqqında” Qanuna uyğun olaraq milli standartlaşdırma proqramının formalaşdırılması və onda dəyişiklik edilməsi məqsədilə hazırlanıb.

Qərara əsasən, milli standartlaşdırma qurumu 6 ayda bir dəfədən az olmayaraq milli standartlaşdırma proqramı üzrə görülmüş işlər barədə məlumatları internet səhifəsində yerləşdirir.

Bənzər yazılar

Back to top button