Bizim seçimDünya

“Raqqa şəhərini də azad edə bilərik” – Ərdoğan

Türkiyə prezidenti Racep Tayyip Erdogan deyib ki, əgər Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiya razılaşsa Suriyanın Raqqa şəhərinin “İslam dövləti” qrupundan azad edilməsində Türkiyə də iştirak edə bilər

Bu barədə fevralın 28-də Reuters və Ria Novosti agentlikləri məlumat yayıb.

“Əl Babı azad elədik. İndi Rusiya və beynəlxalq koalisiyanın razılığı ilə Raqqanın azad edilməsində də eyni addımı ata bilərik. Bunun üçün Rusiya və ABŞ-la danışıqlar çox vacibdir. Əgər beynəlxalq müttəfiqlərimiz doğurdan da “İslam Dövləti” qrupu ilə mübarizədə səmimidirsə, Raqqanı da azad edə bilərik”, Erdogan Pakistana səfəri ərəfəsində Ankarada keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyənin Suriyada qalmaq məqsədi yoxdur.”Terrorçular bizə təhlükədir, biz bir təhlükə istəmirik, suriyalı qardaş və bacılarımızla dostluq şəraitində yaşamaq istəyirik”, Erdogan vurğulayıb.

Türkiyə prezidenti qeyd edib ki, Ankaranın terrorçu saydığı kürd qruplaşmaları Suriyanın Manbic şəhərini tərk etməli və Fərat çayının şərq sahilinə çəkilməlidirlər.

Qeyd edək ki, Türkiyə ötən il avqustun 24-dən Suriya ərazidində “İslam dövləti” qrupuna qarşı hərbi əməliyyatlara başlayıb.

Türkiyə ordusu Suriyadakı üsyançı qrupların dəstəyi ilə artıq Suriyanın Carablus və Əl Bab şəhərlərini yaraqlılardan azad edib.

Ankara dəfələrlə bəyan edib ki, məqsəd Suriya ilə sərhəd bölgəsini, vaxtaşırı Türkiyədə terror aktları törədən yaraqlı qruplardan təmizləməkdir.

Bənzər yazılar

Back to top button