İdman

Müsəlmanlara qarşı ayrı-seçkilik edirlər, geylərə gələndə isə…

Fransada göy qurşağı rəngli köynəklərdən imtina edən oyunçuları cəzalandırırlar.

Aut.az xəbər verir ki, “Tuluza”, “Nant” və “Genqam” homofobiyaya qarşı aksiyada iştirak etmək istəməyən futbolçuları heyətdən uzaqlaşdırıb. Məsələ ilə bağlı Fransanın idman naziri Ameli Udea-Kastera da açıqlama yayıb.

“Beşinci dəfə aksiya keçirən futbol rəhbərliyinin hərəkətlərini alqışlamaq istərdim. Cinsi oriyentasiyadan asılı olmayaraq, biz hamımız eyni futbolkanı geyinirik.

Çox təəssüf edirəm ki, bütün oyunçular bu ayrı-seçkiliyə qarşı mesajı dəstəkləməyiblər. Burada danışmağa nə var? Bu son dərəcə vacibdir. Biz həmişə hörmətin, insan haqlarının tərəfdarı olan ölkəyik. Və hamımızın əsas birgəyaşayış ideyasının ətrafında birləşməyimiz çox vacibdir.

Düşünürəm ki, klublar hərəkətə keçməyə borcludurlar – oyunçularla dialoq aparılmalıdır. Fransada bütün klubların ayrı-seçkiliyə qarşı fəaliyyətinə əsaslanan belə bir aksiya təşkil edildikdə, hamı iştirak etməlidir. İnanıram ki, bu, lazımdır”, – nazir deyib.

Bənzər yazılar

Back to top button