Bizim seçimCəmiyyətSiyasət

Hərbi parad başladı

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının “Azadlıq” meydanında hərbi parad başlayıb.

Qaynarinfo-nun məlumatına görə, paytaxtın baş meydanında keçirilən paradı Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev qəbul edir.

Hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də, Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edir.

Bənzər yazılar

Back to top button