Dünya

Rusiyada Su-34 qəzaya uğradı – Ekipaj üzvləri öldü

Rusiyada ölkənin hərbi-kosmik qüvvələrinə məxsus Su-34 qırıcı-bombardmançı təyyarəsi qəzaya uğrayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.

Bildirilib ki, təyyarə Şimali Osetiyada dağlıq ərazidə qəzaya uğrayıb və nəticədə iki ekipaj üzvü ölüb.

Nazirlik təyyarənin təlim uçuşu həyata keçirdiyini iddia edir.

“Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

TASS-ın məlumatına görə, “quş” boş əraziyə düşüb və yerdə dağıntı olmayıb. Təyyarədə iki pilot olub.

Bənzər yazılar

Back to top button