Dünya

İki ölkə arasında buzlar əriyirmi?

Pakistanla Hindistan arasında illər boyu gərginlik hökm sürüb. İndidin özündə həllini gözləyən məsələlər var. Ancaq iki dövlət dialoqdan da imtina etmirlər. Şahbaz Şərif Pakistanın baş naziri seçildikdən sonra Hindistanın baş naziri Narendra Modi onu təbrik etmişdi. Modi təbrikdə ölkəsinin bölgədə sülh və sabitlikdə maraqlı olduğunu yazmışdı. “Biz xalqlarımızın rifahı üçün çalışmalıyıq” yazan Modi iki ölkə arasın münasibətlərin inkişafına ümid etdiyini bildirmişdi.

Bu dəfə növbə Nəvaz Şərifə çatıb. Pakistanın baş naziri Narendra Modini Hindistanın üçüncü dəfə baş naziri seçilməsi münasibətilə təbrik edib. Nəvaz Şərif təbrik məktubunda bunları yazıb: “Narendra Modinin üçüncü dəfə vəzifəyə başlaması münasibətilə səmimi təbriklərimi bildirirəm. Partiyanızın son seçkilərdə qazandığı uğur xalqın rəhbərliyinizə inamını əks etdirir. Gəlin nifrəti ümidlə əvəz edək və bu fürsətdən istifadə edək ki, xalqlarımızın taleyini formalaşdıraq”. Modi pakistanlı həmkarının mesajını yüksək qiymətləndirdiyini bildirib və Hindistan xalqının hər zaman sülh, təhlükəsizlik və mütərəqqi sahələrin tərəfdarı olduğunu qeyd edib.

Pakistanla Hindistan arasında münasibətlərin normallaşması hər iki tərəfin maraqlarına cavab verir. İki nüvə dövləti arasında gərginlik beynəlxalq aləm üçün də ciddi problemə çevrilə bilər. Bina görə də Dehli ilə İslamabad arasında dialoqun davamına ehtiyac var. Bu baxımdan iki ölkə liderlərinin bir-birlərini təbrik etmələri beynəlxalq aləmdə də müsbət qarşılanıb.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button