Dünya

Baydenin seçki kampaniyası Trampı “məhkum edilmiş cinayətkar” adlandırdı

Prezident Baydenin seçki kampaniyası son zamanlarda zorakı cinayətlərin azaldığını göstərən FTB hesabatına diqqət çəkmək üçün keçmiş prezident Trampı “məhkum edilmiş cinayətkar” adlandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.

Bazar ertəsi günü yayımlanan məlumatlar göstərir ki, zorakı cinayətlərin sayı 2024-cü ilin ilk aylarında keçən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb, birinci rüb hesabatlarında ümumi zorakı cinayətlərin 15%, ağır nəticələrə səbəb olan təcavüzlərin 13% və qətl və zorlamaların sayının 26% azalması qeyd olunur.

“Donald Tramp bir əsrdən artıq müddətdə zorakı cinayətlərdə ən böyük artıma səbəb olan məhkum edilmiş cinayətkardır”, – ABŞ-ın hazırkı prezidenti Co Baydenin seçki kampaniyasının sözçüsü Ammar Mussa bildirib.

O, respublikaçı seçicilərin adətən nəzərə aldığı ABŞ-da cinayətlə bağlı son hesabata diqqət çəkib. Onun sözlərinə görə, Bayden hakimiyyətə gəldikdən sonra zorakılıq cinayətləri əhəmiyyətli dərəcədə azalıb və onların sayı azalmaqda davam edir.

“Prezident Bayden qarışıqlığı düzəltmək üçün çox çalışır və işləyir”, – Ammar Mussa deyib.

O qeyd edib ki, amerikalılar hüquq-mühafizə orqanlarını vəsaitdən məhrum etməyə çalışan və Kapitoliyə hücum zamanı qəddarlığı ilə seçilən iğtişaşçıları əfv edəcəyini vəd edən Trampa daha 4 il dözə bilməz.

Xatırladaq ki, ABŞ-da prezident seçkilərinə beş aydan da az vaxt qalıb.

Donald Tramp Respublikaçılar partiyasının, hazırkı prezident Co Bayden isə Demokratların namizədidir.

Tramp cinayət mühakiməsi ilə üzləşən ilk ABŞ prezidentidir. Söhbət onun 80-dən çox ittihamı ilə üzləşdiyi 4 cinayət işindən gedir.

Xüsusilə, bir müddət əvvəl məhkəmə keçmiş prezidenti porno aktrisa Stormi Danielsə intim münasibətləri barədə susması üçün rüşvət verməkdə təqsirli bilib. Bununla da, Tramp həbslə üzləşə bilər, lakin bu, Qərb mediasının yazdığı kimi, az ehtimal olunan senaridir.

Bənzər yazılar

Back to top button