Siyasət

Bayramov Berboka Ermənistan konstitusiyasından şikayət edib

Azərbaycanın XİN başçısı Ceyhun Bayramov Almaniyaya səfəri çərçivəsində iyunun 11-də almaniyalı həmkarı Annalena Berbokla görüşüb.

Tərəflər COP 29 iqlim konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən bəhs edərək, sülh prosesi çərçivəsində mövcud problemləri və imkanları diqqətə çatdırıb. Bu çərçivədə sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə davam edən iddianın maneə olduğu xatırlanıb”, deyə XİN-in məlumatında bildirilir.

Bənzər yazılar

Back to top button