Siyasət

Parlament seçkiləri nə vaxt keçiriləcək? – MSK-dan açıqlama

Azərbaycanda növbəti parlament seçkiləri cari ilin sentyabrında keçirilə bilər.

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda hətta seçkinin keçirləcəyi günün də müəyyənləşdirildiyi iddia edilir.

Bildirilir ki, seçki sentyabrın 8-də baş tuta bilər. Bəzi partiyaların artıq seçki hazırlığına başladığına dair məlumatlar da var. İddialara görə, partiyalarda namizəd olacaq şəxslərə bidirilib ki, sentyabra hazırlaşsınlar.

Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Mikayıl Rəhimov isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, təmsil etdiyi qurumda seçkilərin sentyabr ayında keçiriləcəyinə dair məlumat yoxdur. Bununla belə, o, MSK-nın parlament seçkilərinə tam hazır olduğunu deyib:

“Biz hər zaman seçkiyə hazırıq. Amma hələ MSK-da seçkinin nə vaxt keçiriləcəyinə dair məlumat yoxdur”.

Bundan əvvəl parlament seçkilərinin 2025-ci ilin fevralında keçiriləcəyi barədə iddialar səsləndirilirdi. Mikayıl Rəhimov bu iddiaların əsassız olduğunu bildirib.

“Qanun parlament seçkilərinin gələn ilin fevral ayında keçirilməsinə imkan vermir. Konistitusiyaya görə, seçki ən geci bu ilin noyabr ayında keçirilməlidir”, deyə o, vurğulayıb.

Bənzər yazılar

Back to top button