İdman

“Fənərbağça” bu ulduz hücumçunu gətirir – Mourinyonun seçimi bilindi

“Fənərbağça” hücum xəttini dünya ulduzu ilə gücləndirmək istəyir.

Fanat.az “Fanatik”-ə istinadən xəbər verir ki, Türkiyə klubu “Atletiko Madrid”in hücumçusu Joau Feliksi heyətinə qatmaq niyyətindədir.

Mənbənin məlumatına görə, İstanbul nəhənginin baş məşqçisi Joze Mourinyu keçiddə israrlıdır.
Böyük ehtimalla, “Fənərbağça” futbolçunu icarəyə götürə biləcək.

Feliks ötən mövsümü icarə əsasında “Barselona”da keçirib. Futbolçu 44 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button