Cəmiyyət

Bakıda isti olacaq, bölgələrdə leysan yağacaq

İyunun 19-da Bakıda və Abşeronda isti, quru hava şəraiti davam edəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Gündüz havanın temperaturu müsbət 31+36 dərəcə olacaq.

Yaxın iki gün ərzində ölkə rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək. Bu, dağ çaylarında daşqın və selə səbəb olacaq.

Aran rayonlarında havanın temperaturu gündüz müsbət 40 dərəcəyə yüksələcək, gecə müsbət 26, dağlarda gecə müsbət 10 +15, gündüz müsbət 24 dərəcə olacaq.

Bənzər yazılar

Back to top button