İdman

“Həmişə bu qədər qol imkanı yarada bilməyəcəyik” – Montella

Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində Gürcüstana qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.az xəbər verir ki, italiyalı mütəxəssis komandanın performansından razı qaldığını söyləyib:

“Daha dəqiq olmalıyıq, çünki həmişə bu qədər çox qol imkanı yarada bilməyəcəyik. Final mərhələsinə layiq matç oldu. Qapıya 22 zərbə vurduq. Performansı yüksək qiymətləndirdim. Sonra bir az rahatlaşdıq. VAR ikinci qola icazə vermədi. Lakin bu gün 52 yaşıma keçdiyimə görə, ala biləcəyim ən yaxşı hədiyyə idi”.

Qeyd edək ki, Türkiyə – Gürcüstan qarşılaşması Türkiyə komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər yazılar

Back to top button