GündəmManşetSiyasət

Sabah Milli Məclisin səlahiyyətlərinə vaxtından əvvəl xitam veriləcəyi elan ediləcək

İyunun 21-də Milli Məclisin növbədənkənar sessiyasının iclasında parlamentin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və növbədənkənar parlament seçkilərinin təyin edilməsi barədə qərarın qəbulu gözlənilir. Bu barədə Turan-a parlamentdəki mənbələrdən məlum olub.

Parlamentdə yerlərin mütləq əksəriyyətinə malik hakim Yeni Azərbaycan Partiyasında bugünkü qapalı müşavirə də bu məlumatı dolayısı ilə təsdiqləyir.

Görünür, onlar parlamentin özünü buraxmasına təşəbbüs göstərəcəklər. Bundan sonra Milli Məclis prezidentdən növbədənkənar seçkilərin təyin olunmasını xahiş edəcək.

Bundan əvvəl Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov Bakıda keçiriləcək COP29 iqlim sammiti nəzərə alaraq, noyabrdan əvvəl parlament seçkilərinin keçirilməsini istisna etməyib.

Seçkilərin səsvermə günündən iki ay əvvəl elan olunduğunu nəzərə alsaq, güman etmək olar ki, növbədənkənar parlament seçkiləri avqustun sonu-sentyabrın əvvəlində keçiriləcək.

Bənzər yazılar

Back to top button