Siyasət

Paşinyan Azərbaycanın tələbi fonunda yeni Konstitusiya layihəsi hazırlamağı tapşırdı – KİV

Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi fonunda Ermənistan Baş naziri Nikol Paşinyan 2026-cı il dekabrın 30-dək yeni Konstitusiya layihəsini hazırlamağı və onu təsdiq etməyi tapşırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu”nun erməni xidməti məlumat yayıb.

Qeyd olunur ki, bu qərardan əvvəl 2022-ci ildə yaradılan konstitusiya islahatları şurası konstitusiya dəyişiklikləri layihəsi hazırlayırdı.

“Konsepsiyanın ilkin variantı bu ilin yanvarında hökumətə göndərilib. İndi Paşinyan yeni Konstitusiya layihəsinin hazırlanmasını tapşırır. Qərarda “Konstitusiyaya dəyişikliklər” əvəzinə “yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub”, – nəşr yazıb.

Xatırladaq ki, ötən gün – iyunun 19-da Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin diplomatik korpusun rəsmi saytında dərc olunan Ermənistanın Xarici İşlər Nazirliyinin 19 iyun tarixli bəyanatına dair şərhində bildirilir ki, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.

Bənzər yazılar

Back to top button