İqtisadiyyat

2 ay əvvəl fəaliyyətə başlayan radio 60 min manatlıq tenderin qalibi oldu

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərtibbtəchizat” MMC “Sağlam Media” MMC (VÖEN – 1008419021) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, ümumi dəyəri 60 min manat olan müqaviləyə əsasən, “Sağlam Media” MMC “Azərtibbtəchizat” MMC-yə sosial media marketinqi üzrə xidmətlər göstərəcək.

Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin təşəbbüsü ilə yaradılan “Sağlam Media” MMC 23 noyabr 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Hacıyev Elvin Lətif oğludur.

Bu ilin aprel ayından fəaliyyətə başlayan “Sağlam Radio” “Sağlam Media” MMC-yə məxsusdur.

Bənzər yazılar

Back to top button