HadisəManşet

Goranboyun icra başçısından Heydər Əliyevə sayğısızlıq

Goranboy rayonunda Heydər Əliyev Mərkəzinin binası rəsmən çökür. AzToday.az alfa.tv-yə istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin binası qəzalı vəziyyətdə olsa da fəaliyyətini davam etdirir və bura həm də muzey kimi fəaliyyət göstərdiyindən əsasən məktəblilər ziyarətə gətirilir. Bu isə açıq aşkar ziyarətçilərin həyatının risqə atılması deməkdir.

Görüntülərdən də aydın olur ki, binanın inşası zamanı əməlli-başlı yeyintiyə yol verilib. Hər halda, bina qədim tikli deyil və binanın inşası yaxın keçmişə aiddir. Bu işdə birbaşa məsuliyyət daşıyan Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin adı mətbuatın gündəmindən düşmək bilmir. Dəfələrlə tənqid hədəfinə çevrilən məmurun keçmişi ilə bağlı olduqca ilginc iddialar zaman-zaman gündəmə gəlir.

Yeri gəlmişkən 44 günlük Vətən müharibəsində Məhərrəm Quliyevin oğlu Nazim Quluzadənin Bakı şəhərindəki “elit hərbi hissədə” xidmət keçməsi haqda da iddialara rəsmi münasibət bildirilməyib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button