İqtisadiyyat

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu milyonluq vergi borcu olan şirkətlə müqavilə bağladı

“AZƏRTRANSS” MMC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb. 32gun.Az-ın əldə etdiyi məlumata görə şirkətin vergi vorcu yarım milyon manata yaxındır (433984.92 AZN)

Bildirək ki, nizamnamə kapitalı 20 AZN olan “Azərtranss” MMC-nin qanuni təmsilçi Adil Qasımov Məmmədov oğludur.

Xatırladaq ki, bir neçə gün öncə sözügedən şirkət millət vəkili Mahir Abbaszadənin direktoru olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili elektrik təchizatı” ilə bağlı 6.053.467,27 AZN-lik müqavilə bağlayıb.

Bənzər yazılar

Back to top button