İdman

Prezident İlham Əliyev Hollandiya ilə oyunda Türkiyə millisinə qələbə arzulayıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında uğurla çıxış edən qardaş Türkiyə milli komandasını 1/4 mərhələyə vəsiqə qazanaraq 8 ən güclü Avropa millisi arasında yer alması münasibətilə təbrik edib. Bu barədə prezident İlham Əliyev rəsmi X sosial şəbəkə hesabında yazıb.

“Xüsusilə, 1/8 final mərhələsində 2 qol vuraraq oyunun ən yaxşı futbolçusu seçilmiş Merih Demiralı təbrik edirəm. Merihə qarşı tətbiq edilən cəza ədalətsizdir və bunu qətiyyətlə pisləyirəm. Türkiyə millisinə Hollandiya ilə oyunda qələbə arzu edirəm! Yaşasın Türk dünyası!” – dövlət başçısı qeyd edilib.

UEFA Dəmiralı vurduğu qoldan sonra jestinə görə diskvalifikasiya edib. Bu jest “Türkiyənin “Boz qurdlar” ultrasağ qruplaşmasının salamı” kimi qiymətləndirilir.

Türkiyə hakimiyyəti futbolçunun cəzalandırılmasını pisləyib. “Boz qurd” qədim türklərdə totem hesab olunub və futbolçunun jestini birmənalı olaraq siyasi məzmunla əlaqələndirmək yanlışdır, UEFA-nın qərarını tənqid edənlər belə hesab edirlər.

Futbolçu özü sonradan göstərdiyi “Boz qurd” jestini qələbə və ölkəsinə görə qürur hissilə izah etdi. Türkiyədə “Boz qurdlar”ın maraqlarını sağçı Milliyətçi Hərəkat Partiyası (MHP) təmsil edir. Avropa çempionatının keçirildiyi Almaniyada nə bu qruplaşma, nə də onun jesti qadağan deyil.

Bənzər yazılar

Back to top button