ManşetSiyasət

Prezident İlham Əliyev Pezeşkianı təbrik edib və Azərbaycana səfərə dəvət edib

Azərbaycan prezidenti İlham Əliyev İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkiana təbrik məktubu göndərib.

İranlı həmkarını yeni vəzifəyə seçilməsi münasibətilə ürəkdən təbrik edən dövlət başçısı Azərbaycan ilə İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb.

“Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.

Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”, – məktubda deyilir.

Dövlət başçısı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib.

Bənzər yazılar

Back to top button