Dünya

BMT Təhlükəsizlik Şurası Kiyev uşaq xəstəxanasına zərbəsi müzakirə edəcək

Rusiyanın Kiyevdəki uşaq xəstəxanasına zərbəsi BMT Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq.

Daimi üzv Fransa və qeyri-daimi üzv Ekvador təcili iclas tələb edib. İclas çərşənbə axşamı saat 16:00-a (GMT 20:00) planlaşdırılır.

Bazar ertəsi Rusiya Ukraynanın bir sıra şəhərlərinə raket zərbələri endirib, nəticədə Kiyevdə azı 20, mərkəzi Krivoy Roqda isə 11 nəfər həlak olub.

Rəsmilər 125-dən çox insanın xəsarət aldığını bildirib.

Ukraynanın ən böyük uşaq tibb mərkəzinə hücum ölkəni şoka salıb və bir neçə ölkə tərəfindən qınaqla üzləşib.

Bənzər yazılar

Back to top button