Cəmiyyət

Qarabağ qazisinə kömək lazımdır: Tovuzdan imkanlı şəxslərə mesaj var – VİDEO

Tovuz rayon Vahidli kənd sakini Aslanov Səxavət Tahir oğlu İkinci Qarabağ Müharibəsinin iştirakçısıdır. Keçmiş hərbçi Tovuz rayon Qaraqaya yüksəkliyi uğrunda gedən döyüşlərdən başlayaraq, 44 günlük Vətən Müharibəsində əvvəldən axıradək iştirak edib.

Musavat.com xəbər verir ki, müharibə bitəndən bir neçə ay sonra Səxavətdə amansız xəstəlik – qan xərçəngi aşkarlanıb.

Uzun müddətdir müalicələr ailənin, qohum-qardaşın, kənd camaatının köməyilə aparılır. Son aylarda xəstəliyin yenidən kəskinləşməsi baş verib, həkimlər sümük iliyinin köçürülməsini zəruri hesab edirlər.

İcbari tibbi sığorta əməliyyat xərcini qarşılayır, donorun müəyyənləşməsi üçün lazım olan analizlərin xərcini ailə özü ödəməlidir. Səxavətin bir bacısı var və onun 1800 manata başa gələn analizlərini ailə özü qarşılayıb. Lakin bəla tək gəlməz deyimi özünü göstərib, bacının qan göstəriciləri uyğun gəlməyib, üstəkik, Səxavətin anası Təranə xanımın ayağında qanqrena başladığına görə amputasiya edilib.

İndi Səxavət üçün bir neçə potensial donor var, lakin ailənin onları analiz etdirmək üçün maddi imkanı çatmır. Analizlər edilib, qısa müddətə donor tapılmasa, Səxavət həyatını itirəcək.
Azərbaycan xalqına müraciət edən Qarabağ müharibəsi veteranına yardım etmək istəyənlər üçün bank hesabının nömrəsini paylaşırıq.

İnanırıq ki, Azərbaycan xalqı, yardımsevər insanlar onun gənc yaşında həyatdan getməsinə, 2 körpənin atasız qalmasına imkan verməyəcək.

Bənzər yazılar

Back to top button