Siyasət

Azərbaycanın Tehrandakı səfirliyi yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək – İİR XİN

Azərbaycanın İrandakı səfirliyi yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək. İran KİV-lərinin məlumatına görə, bu barədə İran XİN-in Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu bildirib.

Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirinin təyin edilməsi məsələsi yeni prezidentin seçilməsi ilə əlaqədar ölkə hökumətinin formalaşdırılmasından sonra həll olunacaq.

* 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub, nəticədə diplomatik missiyanın bir mühafizəçisi öldürülüb, daha iki nəfər yaralanıb.

Bundan sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandırıb.

KİV-in İran hakimiyyətinə istinadla yaydığı məlumata görə, fevralın 5-də Azərbaycan səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib.(Turan)

Bənzər yazılar

Back to top button