Siyasət

71 nəfərin deputatlığa namizədliyi təsdiq olunub

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə 156 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, bu barədə Mərkəzi Seçki Komissiyasının bugünki iclasında bu qurumun rəhbəri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, irəli sürülən namizədlərdən biri öz ərizəsi ilə seçki prosesində iştirakını davam etdirməkdən imtina edib. 71 namizədin namizədliyi təsdiq olunub. Digərlərinin sənədlərinə baxılır.

Deputatlığa namizəd kimi qeydiyyat üçün dairə seçki komissiyasına namizədin xeyrinə ən az 400 seçicinin həqiqi imzası təqdim edilməlidir.

Deputatlığa namizədlərin irəli sürülməsi davam edir.

Bugünki iclasda MSK 7 partiyanın – Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Demokrat Partiyasının, Ədalət, Hüquq və Demokratiya Partiyasının, Xalq Cəbhəsi Partiyasının, Azərbaycan Milli Müstəqillik Partiyasının, “Böyük Azərbaycan” Partiyasının və Ağ Partiyanın səlahiyyətli nümayəndələrini təsdiq edib.

Bənzər yazılar

Back to top button