SiyasətGündəm

Bu gün Blinken Bayramov və Mirzoyanla görüşəcək

ABŞ dövlət katibi Antoni Blniken bu gün günortadan sonra (Bakı vaxtı ilə) Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları üçün görüşməyi planlaşdırır, TURANın ABŞ müxbiri xəbər verir.

Hazırda hər iki nazir NATO-nun tədbirlərində iştirak etmək üçün ABŞ paytaxtındadır.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi keçirdiyi brifinqdə TURANın Vaşinqton müxbirinə Vaşinqtonun nazirlərin gözlənilən dialoqu ərəfəsində “xoşbəxt son”a ümid edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib: “Biz diplomatik həll üçün işimizi davam etdiririk”.

Bu, Blinkenin ötən ilin payızından sonra Azərbaycanın “ABŞ-ın birtərəfli yanaşması” səbəbindən noyabrın 20-də nəzərdə tutulan üçtərəfli görüşü ləğv etdiyi vaxtdan bəri onun azərbaycanlı və erməni həmkarları ilə ABŞ ərazisində ilk görüşü olacaq.

Keçən həftə Blinken Vaşinqtonda bildirib ki, ölkəsi Azərbaycan və Ermənistanı sülh sazişinə gətirməyə kömək etmək üçün öz diplomatiyası ilə “intensiv sərmayə qoyub” və sülhün “əldə edilə bilən” olduğunu bildirib.

Bənzər yazılar

Back to top button