Siyasət

Parlament seçkilərində 6 milyon 334 min 444 seçici səs verə biləcək

Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 125 seçki dairəsi üzrə 6400-dən çox məntəqədə səsvermə təşkil olunacaq. Bu barədə bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəhbəri Məzahir Pənahov dairə seçki komissiyalarının rəhbərlərilə görüşdə bildirib.

O, erməni işğalından azad edilmiş və parlament seçkilərinin ilk dəfə keçirildiyi ərazilərdə seçki məntəqələrinin artdığını qeyd edib.

Azərbaycan prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev bildirib ki, işğaldan azad olunmuş ərazilərdə daha 8 seçki məntəqəsi yaradılıb və onların ümumi sayı 26-ya çatdırılıb.

O deyib ki, iyunun 28-nə olan son məlumatlara görə, seçki hüququna mailk Azərbaycan vətəndaşlarının sayı 6 milyon 334 min 444 nəfərdir.

Bənzər yazılar

Back to top button