Cəmiyyət

Sinoptiklər Azərbaycanda güclü külək proqnozlaşdırırlar

İyulun 11-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti saniyədə 15-18 metrə çatacaq. Gecə və səhər arabir 20-23 metr/saniyəyə çatacaq.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.

İyulun 11-13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacaq. Bəzi ərazilərdə yağıntı qısamüddətli olacaq, leysan xarakteri daşıyacaq, şimşək çaxacaq, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyinin sürəti 15-18 metr/saniyəyə, bəzi yerlərdə 20-23 metr/saniyəyə çatacaq.

Çaylarda sululuq artacaq. Böyük və Kiçik Qafqaz çaylarında qısamüddətli daşqın və sel gözlənilir.

Bənzər yazılar

Back to top button