Dünya

Xamenei Şərqi Azərbaycana nümayəndə, Təbrizə cümə imamı təyin etdi

İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei Hacı Şeyx Əhməd Mütəhəri Əsli Şərqi Azərbaycan üzrə yeni nümayəndəsi və Təbrizin cümə imamı təyin edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, Əli Xamenei bununla bağlı sərəncam imzalayıb.

Beləliklə, o, bu vəzifədə mayın 20-də sabiq İran Prezident İbrahim Rəisi ilə helikopter qəzasında həlak olmuş Seyid Məhəmməd Əli əl-Haşimi əvəz edib.

Bənzər yazılar

Back to top button