İqtisadiyyat

Şuşanın 3 kəndinin elektrik təchizatı üçün bu şirkətə 2 milyon ayrıldı

“Azərişıq” ASC-nin keçirdirdiyi tender müsabiqələrinin qalibi məlum olub.

Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi – “SMCS” MMC (VÖEN – 1404327661) olub.
“Azərişıq” ASC Şuşa rayonu Aşağıquşçu, Yuxarıquşçu və Qaybalı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN (SİP-3) elektrik veriliş xəttinin çəkilməsi üçün “SMCS” MMC-yə 2 milyon 69 min 438 manat 62 qəpik ödəyəcək.

Məlumat üçün bildirək ki, tender müsabiqəsinin qalibi olan “SMCS” MMC 20 avqust 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 88 min 500 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavadxan küçəsi, ev 70, mənzil 19-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Heydərli Ehtiram Etibar oğludur.

Ehtiram Heydərli

Qeyd edək ki, şirkətin adı əvvəllər “SM Construction Supplies” MMC olub. MMC bu ad altında sonuncu dəfə 2023-cü ilin avqust ayında Abşeron Suvarma Sistemləri İdarəsinin keçirdiyi 37 min manatlıq tender müsabiqəsini udub. Şirkət bu günə kimi dövlət qurumlarının keçirdiyi onlarla tender müsabiqəsində qalib olub.

Bənzər yazılar

Back to top button