İdman

Amerika Kuboku: Argentinanın finaldakı rəqibi bəlli oldu

ABŞ-də təşkil olunan Amerika Kubokunun ikinci yarımfinal matçı keçirilib.

Fanat.az xəbər verir ki, Kolumbiyayla qarşılaşan Uruqvay rəqibinə 0:1 hesabı ilə uduzub.

Görüşdə yeganə qolu Cefferson Lerma vurub. Kolumbiya millisinin bir hissə azlıqda oynaması diqqət çəkir. Belə ki, 45+1-ci dəqiqədə Daniel Munyos ikinci sarı vərəqədən sonra meydandan qovulub.

Beləliklə, Kolumbiya bu qələbədən sonra Argentina ilə qarşılaşacağı finala yüksəlib. Həlledici qarşılaşma iyulun 14-dən 15-nə keçən gecə, Bakı vaxtı ilə saat 04:00-da baş tutacaq. Bir gün əvvəl keçiriləcək üçüncü yer uğrunda görüşdə Uruqvay və Kanada milliləri mübarizə aparacaq.

Bənzər yazılar

Back to top button