Dünya

Ermənistanda hərbi hissəyə hücum – Həbs olunanlar var

Bir qrup mülki şəxs Ermənistan Müdafiə Nazirliyinin Sisiandakı (Sünik) hərbi hissələrindən birinə hücum edib.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, hadisə iyulun 7-də axşam saatlarında baş verib. Məlumata görə, mülki şəxslər onlara yaxın olan çağırışçı əsgərlə bağlı məsələyə aydınlıq gətirmək üçün hərbi hissəyə daxil olub.

Qeyd edilib ki, hücumçular bölmə növbətçisinin tələbi ilə hərbi hissənin ərazisini tərk etsələr də, keçid məntəqəsində onlarla iki hərbçi arasında münaqişə yaranıb. Mülki şəxslər hərbçiləri vurub, sonra da onlardan biri qaz tapançasından havaya atəş açıb.

Əməliyyat məlumatlarına əsasən, Sisian şəhərinin üç sakini Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunaraq həbs edilib.

Bənzər yazılar

Back to top button