Siyasət

Fəzail Ağamalı deputat kreslosunu qızına verir? – AÇIQLAMA

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı bu il sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürə bilər.

AzToday.az Demokrat.az-a istinadən xəbər verir ki, Günay Ağamalının Ana Vətən Partiyasında atasını əvəzləməsi barədə xeyli müddətdir ki, iddialar mövcuddur.

Məsələ ilə bağlı Günay Ağamalı suallara konkret cavab verməyib.

Daha sonra o bildirib ki, bu məsələyə növbəti həftə Ana Vətən Partiyasının İdarə Heyyəti tərəfindən aydınlıq gətiriləcək.

Bənzər yazılar

Back to top button