İdman

Messi: “Bu, mənim üçün son Amerika kubokudur”

Argentina millisinin hücumçusu Lionel Messi sonuncu Amerika kubokunda oynadığını deyib.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o deyib:

“Həqiqət budur ki, bu, bizim üçün çətin Amerika kuboku oldu. Çünki komandalar həmişəkindən daha bərabər oynayırlar.

Mənim üçün bu, sonuncu Amerika kubokudur. Bundan maksimum həzz alıram”.

Lionel Messinin kapitanı olduğu Argentina millisi 2024-cü il Amerika kubokunun finalında Kolumbiya ilə qarşılaşacaq. Turnirin final oyunu iyulun 15-də keçiriləcək.

Bənzər yazılar

Back to top button