Bizim seçimİdmanManşet

Şəhriyar Məmmədyarov: “Pula görə oynamaqdan bezmişəm”

Maqnus Karlsenlə 5 saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonda bir az pis vəziyyət aldım və rəqib 5 saat udmağa çalışdı. Buradan belə qərara gəldim ki, 40-45 gün sürən turnirlərə son qoyum. Gərək az oynayıb, özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq, əlbəttə ki, biabırçılıqdır.

Axar.az xəbər verir ki, bu sözləri FIDE reytinqində 3-cü pillədə qərarlaşan 33 yaşlı qrossmeysterimiz Şəhriyar Məmmədyarov qeyd edib. O, sponsorunun olmamasından şikayətlənib:

“Bu gün jurnalist sual verdi ki, nədir səni bu qədər oynamağa məcbur edən? Utandım “pul” deməyə. Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı bütün insanların sponsoru var. Amma sabah yenə oyunum var və gərək hazırlaşam. Çox heyf, amma şahmat belə məni bezdirir. Yorulmuşam. Sabah yenə oynamaq lazımdır. Arada fikirləşirəm – bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. Onda isə bu söhbətlər, sadəcə, mənasız olacaq”.

Bənzər yazılar

Back to top button