Bizim seçimCəmiyyətManşet

Süpürgəçiləri qoruyan yeni nişanlar: “Kim fikirləşibsə, sağolsun, amma…” (FOTO)

Paytaxt yollarında süpürgəçiləri baş verən qəzalardan qorumaq üçün yeni nişanlar qoyulub.

Belə ki, kommunal xidmət işçilərinin ərazini süpürdüyünü işarə verən nişanlar quraşdırılıb. Ancaq bəzi sürücülər bunun hərəkətə mane olduğunu, qanunda olmayan nişanın tətbiq edilməsinin yanlışlığını bildiriblər.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yol nişanlarının quraşdırılması standartlara və qanunvericiliyə uyğun olmalıdır:

“Kimsə özbaşına nişan qoyub, çıxara bilməz. Bu özbaşınalıqdır. Bunu edənlər xəta törətmiş hesab edilir və məsuliyyət daşıyır. Danışılan nişanı isə bilmirəm hara və necə qoyublar. Əgər həmin nişanı qoyublarsa da, o müvəqqəti olmalıdır. Daimi ola bilməz. Yəqin ki 5-10 dəqiqəlik qoyulub və kommunal xidmət işçiləri ərazini təmizlədikdən sonra da götürülür. Bu belə olmalıdır. Başqa ikinci bir variantı yoxdur və ola da bilməz. Əgər yaddan çıxıb ərazidə qalarsa, yol polisi müdaxilə edib kənarlaşdırmalıdır. Yəni müvəqqəti nişanlardan hansısa yolun hərəkət hissəsində qalırsa, bu artıq özü bir maneədir. Həmin nişan “Yol hərəkəti haqqında” qanunda göstərilən nişanlara nə oxşayır, nə də bənzəyir. Yəqin ki təhlükəsizliyi təmin etmək məqsədilə quraşdırılıb. Yaxşı haldır və kim fikirləşibsə, yol qəzalarının qarşısını almaq üçün bunu edib. Sağolsun, amma standarlara uyğun deyil. Yaxşı olardı ki, qanunda olan nişanlardan istifadə edilsin. Məsələn, yolda iş aparılır nişanı da qoyula bilərdi”.

Bənzər yazılar

Back to top button