Bizim seçimCəmiyyətİqtisadiyyat

“Azercell”də gün-gündən yeniləşən maxinasiya və ya insanları təhqir edən şəbəkə – II yazı

Bu günlərdə Savash.org-da Azercell abunəçiləri tərəfindən daxil olan şikayətlər əsasında bu mobil operatorun cürbəcür üsullarla dələduzluq edərək istifadəçilərin cibinə girdiyi qeyd edilən yazı getmişdi. Yazının dərcindən dərhal sonra redaksiyamıza narazı abunəçilər tərəfindən yeni şikayətlər daxil olmuşdur. Həmin narazılıqları olduğu kimi oxucuların nəzərinə çatdırırıq:

“ Bütün günü telefon zınqıldayır, gələn mesajı oxumaq üçün düyməni basıram qarşıma belə bir mətn çıxır: “Əməliyat uğurla başa çatdı, hər ay 10 qəpik ödəməlisiniz”. Super dərəbəylikdir, kimə şikayət edək ?”

Başqa abunəçilərin şikayətlərindən misallara nəzər salaq:

“ Bu bir maxinasiya deyil insanlari təhqir edən bir şəbəkədi.Men ozum bir ilden coxdu her ay xeyli artıq pulun hesabımdan silinməsinin şahidiyem.Her ay pul silinəndə ”Azersel” xidmətinə yıgdıqlarını dərmanlara xərcləməyə qismet elesin deyərək alqış edib sakitleşirəm. ALLAH BELASINI VERSIN XALQIN CIBINE GIRENLERIN!!! AMIN!!!”

“ Azercell – də şəbəkə daxili limitsiz danışıq qabaq 25 qəpik idi, artıq hər gun 40 qəpik çıxır”.

“ Azercell başlayıb maxinasiyalara, fırıldaqlara. Dələduzluqlarını saymaqla bitən deyil, insanlar cana yığılıb. Bunlara yaxşıca dabro verilib, deyəsən”.

Qeyd edək ki, anoloji narazılıqlarla gələn şikayətlər kifayət qədərdir. Hələlik bir neçəsini diqqətinizə çatdırmaqla kifayətlənirik.
Redaksiyamıza daxil olan şikayətlərin çoxluğunu və rəngarəngliyini nəzərə alaraq mövzunu davam etdirəcəyik.

Bu problemin təkcə sözügedən şikayətçilərə deyil, Azərcellin çoxsaylı abunəçilərinə aidiyyatı olduğunu nəzərə alaraq onu ictimailəşdirməyi məqsədə müvafiq hesab edirik. Növbəti addım bununla bağlı geniş müzakirənin təşkili ola bilər.

Bənzər yazılar

Back to top button