İdman

Messinin yeni müqavilə üçün qoyduğu şərtlər açıqlandı

PSJ-nin hücumçusu Lionel Messinin formasını geyindiyi klubla hansı şərtlə müqavilə yeniləyəcəyi açıqlanıb.

Fanat.az xəbər verir ki, informasiyanı “Marca” yayıb.

Xəbərə görə, argentinalı superulduz öncə indiki baş məşqçi Kristof Qaltyenin postunda qalıb-qalmayacağını, həmçinin yayda heyətin nə dərəcədə gücləndiriləcəyini öncədən bilmək istəyir. Digər tərəfdən, Leonu qayğılandıran daha bir məsələ var. O, yeni sözləşmə ərəfəsində Paris klubunun maliyyə feyr-pleyi ilə bağlı durumunun nə yerdə olduğu barədə dəqiq məlumat almaqda israrlıdır.

Qeyd edək ki, Messinin PSJ ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.

Bənzər yazılar

Back to top button