Cəmiyyət

Soyadlarda bu sonluqlardan istifadə qanunsuzdur – RƏSMİ

“Milli Məclisin qərarına əsasən soyad sonluqları “ov”, “yev” olan şəxslər “lı, li, lu, lü”, “zadə”, “oğlu”, “qızı” ilə, yaxud sonluqsuz şəklində dəyişdirə bilərlər”.

AzToday.az Report-a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, soyad sonluğunun “bəyli”, “xanlı” və s. şəklində dəyişdirilməsi qanunvericiliklə nəzərdə tutulmayıb: “Amma bütün hallarda vətəndaşların bununla bağlı məhkəməyə müraciət etmək hüququ var. Əgər müvafiq qətnamə çıxarılarsa, qeydiyyat şöbəsi tərəfindən icra ediləcək”.

Bənzər yazılar

Back to top button