İdman

Olimpiya mükafatçımıza 4 illik cəza

2014-cü ildən Azərbaycanın şərəfini qoruyan ukraynalı kanoeçi, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İnna Osipenko-Radomskya anti-dopinq qaydalarını pozduğuna görə cəzaya məruz qalıb.

Fanat.Az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Kanoe Federasiyası (ICF) məlumat yayıb.

O, 4 il müddətinə cəzalandırılıb.

Sentyabrda 36 yaşı tamam olacaq Osipenko-Radomskaya 2018-ci ilin mayında yarışdankənar dopinq testindən keçməkdən imtina etdiyi üçün cəzalandırılıb.

Bənzər yazılar

Back to top button