İdman

Federasiyadan Salaha şok təhdid: “Ananın Misirdə olduğunu unutma”

“Liverpul”un ulduzu Məhəmməd Salahla Misir Futbol Federasiyası arasında gərginlik yaranıb.

Fanat.Az xəbər verir ki, buna səbəb ulduz futbolçunun federasiyanı tənqid etməsi olub.

Belə ki, 26 yaşlı futbolçu Rusiyada keçirilən dünya çempionatına hazırlıq zamanı bir çox ətinliklərlə üzləşdiklərini və bunun da mundialda uğursuz çıxışlarına səbəb olduğunu bildirib. O, həmçinin haqq etdiyi imic haqqlarının hələ də ödənmədiyini bildirib.

Salahın bu açıqlaması federasiya rəsmilərinin qəzəblənməsinə səbəb olub. Misir Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Xalid Lətif ulduz futbolçunu anası vasitəsi ilə təqdid edib: “Özü hazırda xaricdədi və təbii ki, orda demək istədiyi hər şeyi deyə bilər. Salahı anasının hələ də Misirdə olduğunu unutmamağa çağırıram. Nə demək istədiyimi başa düşən düşdü”.

Bənzər yazılar

Back to top button