Dünya

Cənubi Koreya İsrail prezidentini qəbul etmədi

Cənubi Koreya İsrail prezidenti Reuven Rivlin ziyarətini qəbul etməyib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkə İsrail prezidentinin bu il və gələn ilki ziyarətinə razı olmayıb. Qərar İsrail tərəfindən təəccüblə qarşılanıb.

Cənubi Koreyanın bu addımının səbəbi barədə açıqlama verilməyib. Lakin İsrailin Cənubi Koreya gəmiləri əvəzinə Almaniya gəmilərini alması, həmçinin Cənubi və Şimali Koreya liderlərinin tarixi görüşünə görə təbrik göndərməməsinin səbəblər sırasına daxil olduğu bildirilir.

Bənzər yazılar

Back to top button