Bizim seçimCəmiyyətHadisə

Bakının mərkəzindəki dəmiryol xətti ləğv olunur

Neftçilər prospektində hərəkət qismən məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, Neftçilər prospektində, Bakı limanına gedən dəmiryol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq, üç gün ərzində təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Bənzər yazılar

Back to top button