Cəmiyyət

Respublika uğrunda: DTX əməkdaşları və jurnalistlər birgə yürüşdə

Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Dövlət Təhlükəsizlik Xidməti Bakıda yürüş təşkil edib.

Virtualaz.org xəbər verir ki, yürüşdə general-leytenant, Xidmətin rəisi Mədət Quliyev başda olmaqla DTX əməkdaşları ilə yanaşı, çox sayda ictimai xadimlər, artistlər və jurnalistlər iştirak edib. Yürüş iştirakçıları arasında Dövlət Sərhəd Xidmətinin başçısı, general-leytenant Elçin Quliyev də olub.

Sağlam həyat təəssübkeşləri səhər saatlarında bir neçə kilometr qət ediblər. Tədbir saat 9:00-da Dövlət Bayrağı Meydanında başlayıb.

25 il əvvəl Azərbaycan zəif və daxili, eyni zamanda iqtisadi çəkişmələr və problemlər girdabına düşmüş ölkə idi. Bu gün isə biz çiçəklənən Azərbaycanda yaşayırıq və bu, sözsüz ki, Ümummilli liderimiz Heydər Əliyevin və onun siyasətini uğurla davam etdirən prezident İlham Əliyevin əsəridir. Bu barədə jurnalistlərə müsahibəsində DTX rəisi, general-leytenant Mədət Quliyev deyib.

M.Quliyev qeyd edib ki, ölkənin ictimai-siyasi həyatının sağlamlaşdırılması üçün kütləvi idmanın inkişafı və sağlam həyat tərzinin təşviqatı vacibdir.

“İdman insanları birləşdirən zəmindir. Bu gün biz millətin prezident və dövlətçilik ideyaları ətrafında birləşməsinin bu formasını seçmişik”, – o bildirib.

Bənzər yazılar

Back to top button