İdman

Qrizmann “Qarabağ”la oyunlardan danışdı

“Atletiko”nun hücumçusu Antuan Qrizmann ötən mövsüm Çempionlar Liqasında “Qarabağ”la keçirdikləri oyunlarla bağlı növbəti dəfə fikirlərini açıqlayıb.

Qol.az-ın xəbərinə görə, İspaniyanın “AS” qəzetində yayımlanan geniş müsahibəsində fransalı futbolçu Ağdam klubu ilə matçlarda xal itkisinə dair sualı da cavablandırıb.

O deyib: “Bu gün Avropa futbolunda istənilən komanda sizə çətinlik yarada bilər. Həmin oyunlar zamanı mən istənilən formada deyildim. Bu səbəbdən komandama kömək edə bilmədim”.

Xatırladaq ki, “Atletiko” “Qarabağ”la hər iki görüşdə xal itirib. Bakıdakı ilk oyun 0:0, Madriddəki cavab qarşılaşması isə 1:1 hesablı ilə yekunlaşmışdı.

Bənzər yazılar

Back to top button