Rusiyadan Ermənistanın Azərbaycana şərti müharibə elan etməsi qərarına münasibət
![](https://aztoday.az/wp-content/uploads/2023/02/rusiyadan-ermc999nistanin-azc999rbaycana-sc999rti-muharibc999-elan-etmc999si-qc999rarina-munasibc999t-660x470.jpg)
“Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir”.
AzToday.az xəbər verir ki, bunu Trend-in Ermənistan parlamentinin “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
XİN-dən deyiblər: “Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”.
Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.