İdman

“Arsenal”ın hücumçusu Avroliqanın ən yaxşı oyunçusu adına namizəd oldu

Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər siyahısında “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq, Ever Baneqa (“Sevilya”), Kay Havertz (“Bayer” Leverkuzen) və İzet Hayroviç (“Dinamo” Zaqreb) alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Bənzər yazılar

Back to top button