Bizim seçimSiyasət

Azərbaycan və Ermənistanın XİN başçılarının görüş tarixi açıqlandı

BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikası xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək.

AzToday.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

Bənzər yazılar

Back to top button