İdman

Məşhur futbolçunun 6 həftədə 3 uşağı doğuldu, ölkə qarışdı – FOTO

“Stok Siti”nin futbolçusu Saydo Berahino İngiltərədə gündəmin əsas müzakirə mövzusuna çevirilib.

Fanat.Az xəbər verir ki, 25 yaşlı futbolçunun 6 həftədə 3 övladı dünyaya gəlb. Bir neçə ay öncə nişanlısını aldadarkən yaxalanan və İngiltərə mediasında güdəmə gələn burundili futbolçunun uşaqları 3 ayrı qadından doğlub.

Xəstəxana sənədlərinə görə, ilk uşaq mayın 30-da, ikinci iyulun 15-də, üçüncü isə 17-də dünyaya gəlib. Lakin futbolçunun vəkilləri iddia edib ki, 15 iyulda doğulan uşağın atası Berahino deyil.

Mayın 30-da Birmingem Qadın Xəstəxanasında 27 yaşlı Stepaniya Kristoforou Berahinonun ilk uşağını dünyaya gətirib. İkinci uşağın anası 28 yaşlı afrikalı bir tibb bacısıdı. O, iyulun 15-də Manor Xəstəxanasında uşağını dünyaya gətirib.

Son olaraq Berahinonun nişanlısı tərəfindən yaxalanan Çelsi adlı 28 yaşlı qadın isə iyulun 17-də Manor Xəstəxanasında ana olub.

Qeyd edək ki, Saydo Berahino 2017-ci ildə “Vest Hem”dən 13,9 milyon avroya “Stok Siti”yə transfer olunub.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button