İdman

“Real”da ciddi itki

Madrid “Real”ı ciddi itki ilə üzləşib.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, komandanın aparıcı üzvü İsko bir müddət komandasına kömək edə bilməyəcək.

Kor bağırsağında problem aşkarlanan ispaniyalı yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Onun təxminən 1 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, İsko bu mövsüm La Liqada 5 oyuna 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button