İdman

Henrix Mxitaryan diplomatik pasportdan məhrum edildi

“Arsenal”ın futbolçusu və Ermənistan yığmasının kapitanı Henrix Mxitaryan diplomatik pasportdan məhrum edilib.

Fanat.Az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb. Bunun səbəbi açıqlanmayıb.

Diplomatik pasport yüksək vəzifəli şəxslər, deputatlar və Ermənistan baş nazirinin sərəncamı ilə pasport təqdim edilən vətəndaşlarda olur. Bu sənəd Ermənistan xalqının və dövlətinin “səfir”lərinə, dövlətin nüfuzunu xaricdə yüksəldən şəxslərə verilir. Mxitaryan da onların sırasında olub. Qəzet Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) məsələ ilə bağlı şərh öyrənə bilməyib. Daha əvvəl Ermənistan XİN yüksək vəzifəli keçmiş məmurları diplomatik pasportlarını qaytarmağa çağırıb.

Bənzər yazılar

Back to top button